Inclusive Design

Əlçatanlıq

İnkluziv Dizayn məhsulları və təcrübələri mümkün qədər çox və fərqli istifadəçilərin istifadə edə biləcəyi formada dizayn etmək konseptidir. İnkluziv Dizayn istifadəçi mərkəzlidir (user-centered) və xüsusilə cəmiyyətdə ehtiyacları görməzdən gəlinən kütlələri hədəfləyir. Bu kimi kütlələrə fiziki əlilliyi olan insanlar, yaşlılar, və yaxud fərqli din, dil, irqə mənsub olan insanlar daxildir. İnkluziv dizaynın əsas predmenti məhsulu hər bir insanın istifadə edə biləcəyi formada dizayn etməkdir.

Paylaş

İnkluziv Dizayn məhsulları və təcrübələri mümkün qədər çox və fərqli istifadəçilərin istifadə edə biləcəyi formada dizayn etmək konseptidir. İnkluziv Dizayn istifadəçi mərkəzlidir (user-centered) və xüsusilə cəmiyyətdə ehtiyacları görməzdən gəlinən kütlələri hədəfləyir. Bu kimi kütlələrə fiziki əlilliyi olan insanlar, yaşlılar, və yaxud fərqli din, dil, irqə mənsub olan insanlar daxildir. İnkluziv dizaynın əsas predmenti məhsulu hər bir insanın istifadə edə biləcəyi formada dizayn etməkdir.

Məhsulunuzun inkluziv dizayna uyğun olması üçün siz tədqiqatdan tutmuş prototipləşdirməyə, sınaq və tətbiqə qədər dizayn prosesi boyunca geniş istifadəçilərin ehtiyaclarını nəzərə almasınız. Buraya müxtəlif qabiliyyət və əlilliyi olan istifadəçilərin və yaşlı insanların texnologiya ilə necə qarşılıqlı əlaqədə olduğunu başa düşmək və yalnız bir neçə nəfər üçün deyil, hər kəs üçün işləyən həllər hazırlamaq daxildir. 

Bu konsept xüsusilə dizayn və texnologiya nəhəngləri Apple, Microsoft, Google və s.-nin diqqət mərkəzində yer alır. Hətta Google-un UX Professionals kursunda sırf inkluziv dizayna həsr olunmuş bir neçə dərs yer alır. Microsoftun isə “İnkluziv Dizayn Dəsti” adlı təlimat sistemləri var.

Gəlin bir neçə nümunə verərək İnkluziv Dizaynı daha yaxşı başa düşək.

  1. Alternativ mətn: Məhsuldakı şəkilləri və ya vizual elementləri görmə qüsuru olan istifadəçilərə əlçatan etmək üçün alternativ mətnlərin daxil edilməsi.

  1. Minimalistik dizayn: Məhsulun rahat başa düşülməsi üçün sadə dildən və interfeyslərdən istifadə. Burada məqsəd cognitive overload-ı (bunun haqqında da məqalə gələcək) azaltmaq və istifadəçilərə daha rahat naviqasiya edə biləcəkləri interfeyslər təqdim etməkdir.

  1. Responsive Design: Məhsulun müxtəlif ekran ölçülərində rahat istifadə oluna bilməsi üçün responsive dizayn çox vacibdir. Responsive formada dizayn edilmiş məhsullar ekran ölçüsündən və ekranın dəstəklədiyi maksimum keyfiyyətdən asılı olaraq özlərini tənzimləyə bilirlər.

  2. Kontrast: İstər rəng, istər ölçü istərsə də tipoqrafiyada kontrastdan istifadə etmək istifadəçiyə daha rahat və izlənəbilən təcrübə verir. Məsələn, məhsulda düymələrin daha böyük və arxa fonla kontrast yaradan rəngdə olması daha rahat basılmalarına kömək edir. Bu xüsusilə motor pozğunluğu (motor impairment) olan istifadəçilər üçün əlverişlidir.

  1. Məhsulda fərqli dillərin mövcudluğu: Adından da başa düşülən kimi, məhsulunuz nə qədər fərqli dili dəstəkləsə və tərcümə edilə bilsə, o qədər inkluziv olur. Bu xüsusilə xaricilər və turistlər üçün səmərəlidir.

  1. Multimodal interaksiya: Səsli idarə, sensorlar, üz və ya səs tanıma sistemləri kimi həllər bir çox fiziki əlilliyi olan insanlar üçün rəqəmsal və ya fiziki məhsulları əlçatan və istifadəsi rahat hala gətirir.

Dizaynınızı necə inkluziv edə bilərsiniz?

Dediyimiz kimi inkluziv dizayn dizaynın bütün proseslərində diqqətə alınmalıdır. 

İnkluziv dizayn dizayna başlamazdan əvvəl: İnkluziv metodologiya məhsul dizaynına başlamazdan çox daha əvvəl başlayır - elə öz dizayn komandanızdan. Dizayner Mike Monteirro deyir ki, “Bir otaqdakı bütün ağdərili insanlar, ən yaxşı niyyətlə belə sadəcə bir ağdərili olaraq qərar verməyin necə olduğunu bilə bilərlər”. Dizayn komandanızda fərqli etnik, irqi, fiziki və ya dini dəyərlərə sahib dizaynerlərin yer alması məhsulun inkluzivləşməyi üçün ilk addım ola bilər. Ancaq bu hamı üçün mümkün deyil. Əgər siz komandanızdakı tək dizaynersinizsə və ya komandanızda müxtəliflik yoxdursa, fərqli qruplara məxsus kolleqaların fikrini almaq yaxşı ola bilər.

İnkluziv dizayn araşdırma fazasında: Məsələn, deyək ki, dizaynınız üçün UX araşdırması edirsiniz və istifadəçilərin ehtiyacları haqqında daha yaxşı fikir əldə etmək üçün müsahibə keçirməyə qərar verirsiniz. Bu zaman müsahibə alacağınız insanlar sırasına fiziki əlilliyi olan bir istifadəçi dəvət etmək sizə onların aspektini başa düşməyə xeyli kömək edəcəkdir.

İnkluziv dizayn test mərhələsində: Adından açıq-aşkar göründüyü kimi əgər usability test və yaxud hər hansısa başqa bir prototip testi edirsinizsə, istifadəçilərin fərqliliyi sizə edilməli olan təkmilləşdirmələr və yeniliklər barədə daha geniş və ətraflı fikirlər verəcək və məhsulu sadəcə bir qrupdan daha çox insana xeyir verəcək şəkildə dizayn etməyinizə kömək edəcəkdir.

Qısacası, inklüziv dizayn bir məhsulun geniş kütlə tərəfindən istifadə edilə bilməsinə və din, dil, irq, fiziki əlillik kimi günümüz dünyasında hələ də aktual olan sərhədləri aşmağa imkan verir. Unutmamaq lazımdır ki, biz təcrübəni yox, istifadəçiləri dizayne edirik, onlara özlərinin daha yaxşı versiyası olmağa kömək edirik. Və məhsulunuz hər nə qədər çox insana özlərinin daha yaxşı versiyaları olmasına kömək edirsə, o qədər uğurludur.

2024 UXBook bir Emotix məhsuludur.