Eyetracking

Testing

Göz izləməsi, istifadəçinin hara baxdığını, nəyi gözardı etdiyini və nə zaman göz qırpdığı kimi aktivlikləri müəyyən edir. Göz izləmə cihazları və proqram təminatı bəzən istifadəçi araşdırmalarında istifadə olunur.

Paylaş

Göz izləməsi bir istifadəçinin hara və nəyə baxdığını, baxışlarının bəlli bir nöqtədə nə qədər müddətdə qaldığını ölçən bir texnologiyadır. İstifadəçinin baxışlarının bir nöqtədə  hərəkətsiz qaldığı ərazilər “fiksasiya” , istifadəçilərin gözünün sabitləmə nöqtələri arasındaki hərəkəti isə “sakkad” adlanır. Sakkadları vizuallaşdırmaqla gözün bir səhifədə izlədiyi yolları görə bilərik. Mətni necə oxuduğumuzu görməklə hər iki konsepti anlamaq mümkündür.

Biz tez tez effektiv oxuyucuların mətni “skan etməsi” barədə eşidirik. Göz hərəkətinə əsasən effektiv oxuyucu daha kiçik fiksasiyalara və daha böyük sakkadalara, zəif oxuyucu isə daha uzun fiksasiyalara və daha kiçik sakkadalara sahib olur.   

2024 UXBook bir Emotix məhsuludur.