Beta Testi hazır məhsulu, xüsusiyyəti və ya dizaynı istifadəçiyə təhvil verməklə, ondan həqiqətən istifadə edilib-edilməyəcəyini öyrənmək və bu proses ərzində lazımi düzəlişləri müəyyənləşdirmək məqsədilə istifadə olunur. Beta Testin əsas məqsədi tamamlanmış məhsulun istifadəçilər tərəfindən nə qədər istifadə olunacağını və ya başqa sözlə yeni həllin hal-hazırda istifadə olunan həlldən nə qədər yaxşı olduğunu görməkdir.
Beta Testi anlayışı UX dünyasının sonsuz terminlərindən birinə məğz və tərkib baxımından çox oxşayır. Sizin də bildiyiniz kimi söhbət Usability Testing (İstifadəyə Yararlılıq Testi) -dən gedir. Hər nə qədər oxşar olsalar da, məqsəd, məhsulun olduğu mərhələ və istifadəçinin etməli olduğu tapşırıqlar baxımından bu iki termin bir-birindən fərqlənir.
Məqsəd: Beta Testi zamanı məqsəd hazırlanmış dizaynın və ya məhsulun real istifadəçilər tərəfindən istifadə olunub olunmayacağını beta istifadəçilərlə müəyyənləşdirməkdir. Əgər siz hazırladığınız mobil tətbiqdə yeni bir funksiya əlavə etmisinizsə, amma funksiya Beta Testindən yaxşı bal almadısa, böyük ehtimal real istifadəçilər tərəfindən də rəğbətlə qarşılanmayacaq.
Məhsulun Mərhələsi: Usability Testing (İstifadəyə Yararlılıq Testi) məhsulun və ya dizaynın hələ tam tamamlanmadığı prototip mərhələsində istifadə olunur. Hazırladığınız dizaynın interaksiya ediləbilən prototipi ilə Usability Testini etmək mümkündür. Amma Beta Testing sadəcə məhsul bitdikdən sonra, istifadəyə verilməzdən əvvəl edilir. Beta Testinə məhsulun buraxılmasından əvvəlki son mərhələ desək səhv olmaz.
İstifadəçinin Etməli Olduğu Tapşırıqlar: Usability Testing zamanı istifadəçi müəyyən və dəqiq bir tapşırığı yerinə yetirir, və ya başqa sözlə etməli olduğu şey ona verilmiş funksiyanın və ya dizaynın istifadəyə yararlığını müəyyənləşdirməkdir. Beta Testində isə istifadəçiyə final məhsul verilir, və çox zaman məhsulda naviqasiya etməsi, fərqli funksiyaları və ümumi dizaynı yoxlaması xahiş olunur.
Qısacası, Usability Testing məhsulun istifadəyə yararlı olub-olmadığını müəyyənləşdirir, Beta Testing isə məhsulun həqiqətən istifadə olunub-olunmayacağını. Bu o deməkdir, ki Usability Testindən yaxşı keçmiş bir məhsul və ya funskiya Beta Testindən yaxşı bal ala bilməsin.
Yeni bir məhsul və ya funskiya hazırlayarkən, özünüzə bu sualları verməlisiniz.
“İstifadəçi hal-hazırda hansı bu tapşırığı yerinə yetirmək üçün hansı üsuldan istifadə edir?”
“İstifadəçi yeni dizayndan istifadə etməklə tapşırığı yerinə yetirə biləcəkmi?”
“Yeni metod köhnə üsuldan daha effektiv və səmərəlidirmi?”
2024 UXBook bir Emotix məhsuludur.