Benchmark etdiyiniz zaman ilk olaraq baza nöqtəsini təyin etməlisiniz. Bu sizin başlanğıc nöqtənizdir. Əks təqdirdə müqaisə etmək üçün əsasınız olmayacaqdır. 100 metrlik bir məsafəni maksimum nə qədər tez zamana qaça biləcəyinizi bilməyiniz üçün ayağınıza idman ayaqqabıları geyinib bu vəziyyətə çaşqın olaraq şahid olan dostunuzdan sizin qaçışınızı ,məsafə və zamanı ölçməyi xahiş etmək ilə əmin ola bilərsiniz. Eyni məsələ veb saytınız, mobil tətbiqiniz və ya digər rəqəmsal məhsulunuz üçün də keçərlidir. Veb saytınızda və ya tətbiqinizdə ölçmək və təkmilləşdirmək istədiyiniz xüsusiyyət və ya aləti seçin – deyək ki, bu saytınızdakı səbətdən satışa keçid bölməsidir. Daha sonra bəzi testləri keçirib baza səviyyəsinin təyin olunması üçün istifadəçi ölçümləri əldə edirsiniz.
2024 UXBook bir Emotix məhsuludur.